image-manat-pul-ehalibackend

Artıq növbə gözləməyə SON! Doğuş müavinəti bir toxunuşla hesabınıza köçürüləcək

Azərbaycanda sosial ödənişlərin verilməsi mexanizmi daha da sadələşdirilir və rəqəmsallaşdırılır. Yeni qaydalara əsasən, hamiləliyə və doğuma görə müavinət artıq avtomatlaşdırılmış qaydada, elektron sistem üzərindən təyin ediləcək. Bu dəyişikliklər vətəndaşların əlavə sənəd toplaması və uzun prosedurlardan keçməsi zərurətini aradan qaldırır.

Mövcud qaydalara görə, hamiləliyə və doğuma görə müavinət tibbi müəssisə tərəfindən elektron sənəd formasında tərtib edilən xəstəlik vərəqinə əsasən verilir. Daha sonra sığortaedən tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə müvafiq məzuniyyət əmri daxil edilir və müavinət məzuniyyət dövrünə düşən təqvim günləri üzrə avtomatik hesablanaraq ödənilir.

image-786cd9cf-3ce0-3400-98ac-091866595478_1200Referans Media-ya açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, müavinətlərin verilməsi prosedurunun sadələşdirilməsi və proaktivləşdirilməsi istiqamətində mühüm addımlar atılıb

“Artıq xeyli sayda müavinətlər proaktiv qaydada təyin olunur. Bu aydan, eləcə də bu gündən etibarən proaktiv təyin edilən müavinətlərin siyahısı daha da genişləndirildi. Bu da o deməkdir ki, vətəndaşlarımız və ailələr heç bir əlavə sənəd təqdim etmədən, müraciət etmədən elektron sistem üzərindən müavinətlərini ala biləcəklər”.

Deputat qeyd edib ki, əvvəlki dövrlərdə müavinətlərin verilməsi həm zaman baxımından gecikmələrə səbəb olur, həm də vətəndaşlar üçün əlavə xərc və vaxt itkisi yaradırdı

“Əvvəllər bu proses müəyyən prosedurlar tələb edirdi və bu da vətəndaşlar üçün əlavə yük idi. İndi isə proaktiv mexanizm tətbiq olunduğuna görə həmin çətinliklər tam aradan qaldırılır”.

Vüqar Bayramov vurğulayıb ki, sosial ödənişlərin artırılması məsələsi də dövlətin daim diqqət mərkəzindədir:
“2025-ci ilin sosial paketində müavinətlərin artırılması ilə bağlı qərarlar qəbul olundu. Bu istiqamətdə dövlət maliyyə imkanları çərçivəsində mütəmadi olaraq yeni qərarların verilməsi davam etdirilir”.

Qeyd edək ki, tətbiq edilən yeni sistem sosial xidmətlərin daha əlçatan olmasına, şəffaflığın artmasına və vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edir. Ekspertlər hesab edir ki, bu addım həm də rəqəmsal idarəetmənin genişlənməsi baxımından mühüm mərhələdir

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki