Referans Media Teleqraf-a istinadən xəbər verir ki, Xəzər dənizinin İran tərəfində meyit tapılıb.
İtkin düşmüş hesab edilən balıqçı 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun meyiti İran tərəfində tapılıb.
Meyitin Azərbaycan tərəfə verilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında balıqçılardan biri 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb.





















