İtaliyada yaşayan Banqladeş əsilli ailədə baş verən hadisə böyük rezonans doğurub. İddialara görə, ərinin ikinci qadını evə gətirmək istəməsinə qəzəblənən qadın ona ağır xəsarət yetirib.
Referans Media xəbər verir ki, hadisə İtaliyanın Kampaniya bölgəsində qeydə alınıb.
İtaliya mətbuatında yayılan məlumatlara görə, ərinin ilk həyat yoldaşını da eyni evdə yaşatmaq istəyi ailədə ciddi gərginliyə səbəb olub. Bildirilir ki, qadın növbəti mübahisədən sonra ərinə o yatarkən mətbəx bıçağı ilə hücum edib.
Ağır yaralanan şəxs hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törətdiyi deyilən qadın polis tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanları ailədaxili zorakılıq və qəsdən ağır xəsarət yetirmə maddələri üzrə araşdırma aparır.
