“Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyadan uzaqlaşma və Qərblə, xüsusilə Avropa İttifaqı ilə əlaqələri gücləndirmə siyasəti gözlənilən nəticəni vermədi”.
Referans Media xəbər veri ki, bu barədə “Strategic Culture” nəşri məlumat yayıb.
Məqalədə bildirilir ki, son illərdə Paşinyan Ermənistanın əsas strateji tərəfdaşı kimi Rusiyanın yerini Qərb ölkələrinin tutacağına ümid edərək siyasi kapitalını bu istiqamətə yönəldib:
“Bu yanaşma nəticəsində Ermənistan hazırda mürəkkəb siyasi vəziyyətlə üzləşib və Moskva ilə münasibətlərin zəiflədilməsi ölkəyə nəzərdə tutulan faydanı gətirməyib. Ermənistan siyasi qeyri-müəyyənlik dövrünə daxil olur və baş nazir hakimiyyətdə olsa da, manevr imkanları getdikcə məhdudlaşır. Nəticədə ölkənin strateji maraqlarının qorunması daha çətin hala gəlir”.
Nəşr Paşinyanın hazırkı vəziyyətinin Avropada da böyük narahatlıqla izləndiyini vurğulayıb./globalinfo
