Avropa birliyi Çində yaradılan və geyim satışı üzrə fəaliyyət göstərən Shein platformasına qarşı Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində rəsmi araşdırma başladıb.
Referans Media xəbər verir ki, açıqlamada istintaqın asılılıq yaradan dizayn, tövsiyə sistemlərində kifayət qədər şəffaflığın olmaması, eləcə də uşaqların cinsi istismarı materialları da daxil olmaqla qanunsuz məhsulların satışı ilə bağlı başladıldığı bildirilib.
Qeyd olunub ki, AB qaydalarına əsasən Shein tövsiyə sistemlərində istifadə olunan əsas parametrləri açıqlamalı və istifadəçilərə profilə əsaslanmayan alternativ seçim imkanı təqdim etməlidir.
AB qanunvericiliyinə görə, qaydaları pozan rəqəmsal platformalara yüksək məbləğdə cərimələr tətbiq oluna, təkrar pozuntu halında isə onların AB-də fəaliyyəti dayandırıla bilər.
