Avtobus və metroda gediş haqqı 1 manat olacaq? – RƏSMİ AÇIQLAMA

  Azərbaycanda ictimai nəqliyyatda gediş haqqının artırılacağı barədə məlumatlar yayılıb.

Referans  xəbər verir ki, sözügedən artımın yaxın zamanlarda baş tutacağı gözlənilir.

Bəzi KİV-lərdə gedişhaqqının 40-50 qəpik artırılacağı bildirilir.

Referans xəbər verir ki, məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ictimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki