Referans.az- ın xəbərinə görə, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, nəqliyyat vasitələrinin hərracda ilkin satış qiymətləri 450 manatdan 19 min 350 manata qədər dəyişir.
Qeyd edək ki, hərracda iştirak etmək üçün əvvəlcədən 10 faiz beh tələb olunur. Hərrac noyabrın 4-də saat 10:00-da keçiriləcək.
