AZAL mühüm açıqlama yaydı

"Azərbaycan Hava Yolları" (AZAL) QSC aviaşirkəti Bakı-Maskat aviareysini açmağı planlaşdırır.

 
Referans Media  xəbər verir ki, bu barədə Azərbaycanın Omandakı səfirliyinin məlumatında deyilir.

 
Bildirilib ki, AZAL Omanın paytaxtında Bakı-Maskat çarter reysinin təqdimat mərasimini keçirib.

 
Tədbirdə Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov iştirak edib.

 
Mərasimdə çıxış edən diplomat yeni reysin turizm, biznes və insanlararası əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki