Azərbaycan daha bir qurum ləğv olundu Azərbaycan daha bir qurum ləğv olundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “3 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.

 Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Füzuli küçəsi, ev 11 A ünvanına bildirə bilərlər.

 Qeyd edək ki, “3 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb, direktoru Niftəliyev Ustubat Heydər oğlu.

 Xatırladaq ki, daha əvvəl “1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” MMC ləğv olunduğunu elan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki