image-edv_cek_kart_hd_1backend

Azərbaycan hökuməti bu şəxslərə 31 milyon manat ödəyib

2025-ci ildə Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 31 milyon 366,9 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.

 

Referans Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

 

Məlumata görə, Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki