Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? – Ermənilər təşvişdə / FOTObackend

Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? – Ermənilər təşvişdə / FOTO

“Azərbaycan ordusu Ermənistanın geniş ərazilərində radiokəşfiyyat aparmaq üçün böyük qüllə quraşdırıb”.

Referans  xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan “Facebook” səhifəsində yazıb.

“2024-cü ildə Tavuş rayonunun Noyemberyan icmasının sərhəd zonasında Bağanis-Ayrım kəndinin ərazisi birtərəfli qaydada Azərbaycana verilib. Bu ərazilərdən yuxarıda, təpədə Azərbaycan hərbçiləri Ermənistanın radiokəşfiyyatının aydın şəkildə aparılması üçün iri qüllə quraşdırıblar. Fotoları çəkdiyim yerdən Ermənistan-Gürcüstan dövlətlərarası yolu keçir”, – Sarkisyan qeyd edib.//publika.az



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki