Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Avropaya yük daşımalarını artırmağı hədəfləyib.
Referans Media xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Ekspertlər ehtimal edirlər ki, bu dəhliz tam şəkildə fəaliyyətə başlasa, Rusiya Asiya ilə Avropa arasında əsas tranzit mərkəzi statusunu itirəcək. Yaranmış yeni vəziyyət Rusiya iqtisadiyyatı üçün milyardlarla dollarlıq itkiyə gətirib çıxara bilər.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçir./Globalinfo.az
