Azərbaycan və Britaniyanın NATO-dakı nümayəndələri 8 avqust görüşünün nəticələrini müzakirə ediblərbackend

Azərbaycan və Britaniyanın NATO-dakı nümayəndələri 8 avqust görüşünün nəticələrini müzakirə ediblər

  Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Böyük Britaniyanın NATO-dakı daimi nümayəndəsi Anqus Lapsley ilə görüşüb.

Referans xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyindən bildirilib.

Sülh Naminə Tərəfdaşlıq (SNT) çərçivəsində tərəfdaşlıq, Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətləri, o cümlədən regionda baş verən son hadisələr və Azərbaycan-Ermənistan sülh prosesinə dair 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilən tarixi görüşün nəticələri müzakirə edilib./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki