Daha sonra Vasif Həsənli Daşkənddə Özbəkistanın Dövlət Jurnalistika və İnnovativ Kommunikasiyalar Universitetinin rektoru Şirzadxan Qüdrətxocayev və həmin universitetin prorektoru Nozima Muradova ilə də görüş keçirib.
Görüş zamanı qeyd olunub ki, Azərbaycan və Özbəkistanın media qurumları, eləcə də ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin informasiya mühitinin inkişafına mühüm töhfə verir.
“Demokrat.az”ın baş redaktoru Vasif Həsənli qeyd edib ki, hazırda Azərbaycan və Özbəkistan dövlətləri arasında media sahəsində uğurlu əməkdaşlıq fəaliyyəti mövcuddur.
Azərbaycanda səfərdə olduğunu söyləyən rektor Şirzadxan Qüdrətxocayev isə bu yaxınlarda Qarabağa səfər etdiyini və Şuşa Qlobal Media Forumuna qatıldığını xatırladıb.
Rektor rəhbərlik etdiyi Dövlət Jurnalistika və İnnovativ Kommunikasiyalar Universiteti ilə Bakı Dövlət Universiteti arasında uğurlu əməkdaşlıq olduğunu deyib.
Özbəkistanın Dövlət Jurnalistika və İnnovativ Kommunikasiyalar Universitetinin prorektoru Nozima Muradova isə qeyd edib ki, hazırda Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə, o cümlədən media sahəsində uğurlu əməkdaşlıq mövcuddur.
O, bu əməkdaşlığın araxasında hər iki ölkə rəhbərlərinin rolulunun önəmini vurğulayıb.
Görüşün sonunda Özbəkistanın Dövlət Jurnalistika və İnnovativ Kommunikasiyalar Universitetinin rektoru Şirzadxan Qüdrətxocayevə Azərbaycanla bağlı xatirə hədiyyəsi təqdim olunub.
