Azərbaycana atılan dronlar: İran deyir ki… – Ceyhun Bayramov

İran tərəfi Azərbaycana atılan dronlarla bağlı məsələnin ciddi araşdırılması barədə söz verib.

Referans Media APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

“Hadisə baş verən kimi Azərbaycan tərəfindən dərhal reaksiya olub. Bundan sonra İran tərəfi ilə çoxsaylı təmaslarımız yaratmışıq. İran İslam Respublikasının Prezidenti tərəfindən Azərbaycan Prezidentinə zəng olub. Mənim bu məsələ ilə bağlı İran xarici işlər naziri ilə telefon danışıqlarım baş tutub. İran tərəfinin yanaşması ondan ibarətdir ki, bu dronlar İran tərəfindən atılmayıb, üçüncü ölkələr təxribat edib. Onlar bu məsələnin ciddi araşdırılması barədə Azərbaycan tərəfinə söz veriblər. İndiki mərhələdə məsələ ilə bağlı vəziyyət belədir”, – XİN başçısı qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki