Azərbaycana daha çox bu ölkələrdən TURİSTLƏR GƏLİRbackend

Azərbaycana daha çox bu ölkələrdən TURİSTLƏR GƏLİR

Yay turizmi ilə bağlı ölkədə vəziyyət necədir? Bu il ötən illə müqayisədə ölkəmizin turizm sektorunda nə kimi dəyişikliklər olub? Dövlət Turzim Agentliyinin bu istiqamətdə gördüyü başlıca işlər nədən ibarətdir və hansı yeniliklər var? Azərbaycanadaha çox hansı ölkələrdən turist axını olur? Yay turizmi ilə bağlı ölkədə vəziyyət necədir? Bu il ötən illə müqayisədə ölkəmizin turizm sektorunda nə kimi dəyişikliklər olub? Dövlət Turzim Agentliyinin bu istiqamətdə gördüyü başlıca işlər nədən ibarətdir və hansı yeniliklər var? Azərbaycana daha çox hansı ölkələrdən turist axını olur?

Mövzu ilə ağlı  Dövlət Turzim Agentliyin mətbuat xidmətinin rəhbəri Gülnar Mustafayeva Referans-a açıqlama verib.  Agentlik sözçüsü bildirib ki, yay mövsümü Azərbaycanda turizmin ən aktiv dövrü kimi turizm sənayesində canlanma və turistik səfərlərin artması ilə müşayiət olunur. Yay aylarında istər daxili turistlər  istərsə də xarici turistlər daha çox təbiət turizmi ilə seçilən ərazilərə səfər etməyə üstünlük verirlər.

Qurum rəsmisi həmçinin qeyd edib ki, bu baxımdan Bakı-Şimal, Bakı-Şimal-qərb, Bakı-Qərb, Bakı-Cənub turizm dəhlizləri istiqamətində yerləşən eyni zamanda da təbiət turizm, ekoturizm imkanları ilə seçilən əsas turizm destinasiyaları və həmin istiqamətlərdəki turizm mərkəzləri daha çox turist cəlb edə bilirlər.

Gülnar Mustafayeva onu da diqqətə çatdırıb ki, xüsusilə Yaxın Şərq, şimal-şərqi Asiya və Avropa ölkələrindən gələn turistlər daha çox yay aylarında ölkəmizə səfər edirlər.

“Bu səbəblərə görə də Dövlət Turizm Agentliyi gücləndirilmiş iş rejimində işləyir və turistləri qəbul edib turistlik yerlərə yönləndirirlər”,-deyə Gülnar Mustafayeva əlavə edib.

Ləman Xalıqova

Referans.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki