Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media-nın məlumatına görə, qəza rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “Hyundai” markalı avtomobil qarşıdan gələn “VAZ-2106” markalı maşınla toqquşub.
Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər hadisə yerində həyatını itirib, 3 nəfər isə ağır xəsarət alıb. Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub.
Ölən şəxslərin hərbçi olduqları bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)
