image-xestexanabackend

Azərbaycanda balıqdan zəhərlənmə baş verdi

Goranboyda bir ailənin üç üzvü zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Referans Media Teleqraf-a istinadən xəbər verir ki, rayonun Nizami kənd sakini, 1965-ci il təvəllüdlü Səbirə Həmədova,1990- cı il təvəllüdlü Mehirban Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, adıçəkilən şəxslər balıqdan zəhərləniblər. Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki