image-qazetbackend

Azərbaycanda bu qəzetlər BAHALAŞDI

Azərbaycanda bir sıra qəzetlərin satış qiyməti bahalaşıb.

Referans Media  “Trend.az”a istinadən xəbər verir ki, artımlar yanvarın 5-dən başlayaraq tətbiq edilir.

Belə ki, hazırda “525-ci qəzet” 40 qəpik artırılaraq 1 manata, “Bakı Xəbər” 40 qəpik artırılaraq 60 qəpiyə, “Novoye Vremya” 60 qəpik artırılaraq 70 qəpiyə, “Səs” 60 qəpik artırılaraq 1 manata satılır.

60 qəpiklik krosvord qəzetlərinin də qiyməti 10 qəpik artırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki