Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb.
Referans Media “Qaynarinfo”ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir.
Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir.
Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyini göstərir.
Qeyd edək ki, mal ətinin qiymətində bahalaşma olsa da, qiymət artımı qoyun ətinə hələlik təsir etməyib.
