Azərbaycanda güclü zəlzələ olacaq? - RƏSMİ CAVAB

Dünən yerli vaxtla saat 16:45-də Qobustan stansiyasından 22 km cənub-qərbdə, Şamaxı rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

 Bəs hazırda ölkədə seysmoloji vəziyyət necədir?

Referans Media  xəbər verir ki, mövzu ilə bağlı milli.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı bildirib ki, hal-hazırki saata qədər  fon səviyyəsindədir.

 "Zəlzələnin dəqiq proqnozu olmadığına və ərazimizin aktiv regionda olmasını nəzərə alaraq birmənalı şəkildə zəlzələ olacaq yoxsa olmayacaq?- kimi fikir söyləmək çətindir. Xırda təkanlar həmişə var. Maqnitudası 3 və 3 dən böyük olan zəif zəlzələlərin vaxtaşırı qeydə alınması isə ərazinin seysmikliyi ilə bağlıdır. Yəni zəif zəlzələlərin narahatçılığı yoxdur", - deyə o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki