Ərdoğanın mesajları Nyu-Yorkda nəhəng ekranlarda nümayiş etdirilib

Türkiyənin sülh, ədalət, ətraf mühit və iqlimlə bağlı mesajları Nyu-Yorkun məşhur Tayms meydanında nəhəng ekranlarda nümayiş etdirilib. Ekranlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qlobal idarəçilik və dünya sülhü ilə bağlı fikirlərinə də yer verilib.

Referans Media xəbər verir ki, Türkiyənin Kommunikasiya İdarəsinin koordinasiyası ilə keçirilən tanıtım kampaniyası çərçivəsində Ərdoğanın mesajları və Türkiyənin COP31 çərçivəsində ətraf mühit və iqlim siyasəti Nyu-York sakinlərinə təqdim olunub.

Təqdimatlarda Türkiyənin tarixi və təbii gözəllikləri, eləcə də İstanbulun tanıtımına dair görüntülər nümayiş etdirilib.

Nəhəng ekranlarda Ərdoğanın “Dünya 5-dən böyükdür”, “Qlobal idarəçilik bütün bəşəriyyəti, bütün dinləri, irqləri və mədəniyyətləri təmsil etməlidir” və “Uşaqların bombalar altında öldüyü bir dünyada heç kim özünü təhlükəsiz hiss edə bilməz” fikirləri də yer alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki