Qızlar yataqxanasında yoxlama: oğlanlar şkafdan çıxdı - Video

Almaniyada Universitetlərin birinin qızlar yataqxanasında yoxlama zamanı maraqlı anlar yaşanıb.

Referans Media Bizim.Media-a istinadən xəbər verir ki, yataqxana müdiri daxili intizam qaydalarının pozulduğundan şübhələnərək otaqları tək-tək yoxlamağa başlayıb.

Yataqxana müdiri otaqlardakı dolabları, çarpayıların altını və hamam pərdələrinin arxasını sistemli şəkildə yoxlayaraq gizlənən bir neçə gənc oğlanı bir-bir çölə çıxarıb.

Qadağalara baxmayaraq binaya gizlicə daxil olan oğlanların yaxalanma anları sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə yol açıb.

Həmin kadrları təqdim edirik:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki