Qalatasaray Kamavinqa üçün yenidən hərəkətə keçir, amma...

Galatasarayın heyətinə qatmaq istədiyi Eduardo Kamavinqa gələcəyi ilə bağlı qərarını verib.

Referans Media-nın məlumatına görə, Fransa millisinin yarımmüdafiəçisi yay transfer dövründə olduğu kimi, qış transfer pəncərəsində də Real Madriddən ayrılmağa isti yanaşmır.

İddialara əsasən, Qalatasaray yay transfer dövründə də Kamavinqanı heyətinə qatmaq istəyib. Lakin o vaxt komandanın baş məşqçisi Joze Mourinyo futbolçunun komandada qalmasını istəyib və fransalı yarımmüdafiəçi bu qərara hörmət edərək Madrid klubunu tərk etməyib.

Sarı-qırmızılıların yarımmüdafiədə Lukas Torreira, Mario Lemina və Gabriel Sara üçlüyündən gözlədiyi nəticəni tam ala bilmədiyi bildirilir.

Bu səbəbdən klubun qış transfer pəncərəsində Kamavinqa üçün yenidən təşəbbüs göstərməyə hazırlaşdığı qeyd olunur.

İspaniyanın "AS" nəşrinin yaydığı məlumata görə, Eduardo Kamavinqa hazırda Real Madriddən ayrılmağı planlaşdırmır və Qalatasarayın mümkün təklifinə müsbət yanaşmır.

Beləliklə, İstanbul təmsilçisi fransız futbolçu üçün yenidən hərəkətə keçməyi nəzərdən keçirsə də, hazırkı mərhələdə transferin reallaşma ehtimalı aşağı qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki