Məlum məsələdir ki, Azərbaycanda daşınmaz əmlak qiymətləri
dayanmadan artmaqdadır. Bu məsələ heç cür tənzimlənə bilmir. Əksinə, qiymətlər
günü-gündən təmamilə əlçatmaz həddə çatır.
Belə ki, son dövrlərdə daşınmaz əmlak bazarında hər il təxminən
50-55 faiz qiymət artımı müşahidə edilir. Bu, sadəcə dəhşətli göstəricidir…
Ekspertlər bununla bağlı vahid təklifin təklif olunmasını həll
yolu kimi görürlər.
Belə bir təklif effektiv ola bilərmi? Ümumilikdə, daşınmaz əmlak
qiymətlərinin tənzinlənməsi ilə bağlı hansısa təkliflər gözlənilirmi?
Milli Məclisin deputatı Fazil Mustafa Referans-a
açıqlamasında bu sualları cavablandırıb.
“Tənzimləmə süni sürətdə qaldırılır və bunun qarşısını almağın
yolları da çox asanlıqla ola bilər. Sadəcə buna müvafiq qurumlar ciddi diqqət
yetirsə, bu mümkün ola bilər. Amma bu gün bazarda inhisarçılıq meyillərinin
qarşısı alınsa, elə də ciddi problem olmayacaq. Çünki bu məsələ, daşınmaz əmlak
bazarında – istər fərdi evlərin, istərsə də mənzillərin qiymət artımının səbəbi
tikinti bazarında olan qiymət artımları ilə bağlıdır. Eyni zamanda torpağın da
qiymətinin artması bahalaşmaya səbəbdir. İstər tikinti sektoru, istərsə də
başqa sektor olsun fərq etmir. Qiymət artımı əsas bununla bağlıdır. Bunlar
ortadan qalxsa qiymətlər də normal şəkildə tənzimlənə biləcək”.
Fidan Vəlisoy