Bu gün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:00 radələrində Nərimanov rayonu, Cəbrayıl Rayon İcra Hakimiyyətindən çağırış daxil olub.
Referans bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
“Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 48 yaşlı şəxsin həkiməqədər ölümü qeydə alınıb”, – məlumatda deyilib.
X X X
Azərbaycanda 48 yaşlı vəzifəli şəxs iş yerində ürək tutmasından vəfat edib.
Globalinfo.az bildirir ki, rayonların icra hakimiyyətlərinin yerləşdiyi inzibati binada baş verib.
Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının Cəbrayıl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, İcra Hakimiyyətinin Bakı şəhərindəki səlahiyyətli nümayəndəsi Ruhid Mehdiyevin iş yerində halı pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin həkimlər gələnə qədər o, vəfat edib.
R.Mehdiyev əvvəllər iki dəfə ürək əməliyyatı keçiribmiş.
Mərhum sabah dəfn olunacaq.
Qeyd edək ki, Mehdiyev Ruhid Qaçay oğlu 1977-ci ildə anadan olub.
Əvvəllər Cəbrayıl Rayon Məhkəməsində çalışıb.
Ailəli idi, iki övladı qalıb, biri 3-cü, digəri isə 9-cu sinifdə oxuyur.