Azərbaycanda YENİ CƏRİMƏLƏR gəlir: 30 manatdan 5000 manatadək… – VİDEO

Azərbaycanda qadağan olunan yerlərdə, küçələrdə və digər ictimai məkanlarda elektron siqaretdən istifadəyə görə 30 manat məbləğində cərimə tətbiq edilməsi təklif olunur. Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Referans Media xəbər verir ki, dəyişikliklərə əsasən, elektron siqaretlərin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, eləcə də satış məqsədilə saxlanılmasına görə də cərimələr müəyyən edilir.

Qanun layihəsi qəbul olunarsa, dəyişikliklərin 1 aprel 2026-cı ildən qüvvəyə minməsi gözlənilir.

Daha ətraflı videoda:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki