Azərbaycanlılar hansı telefonu seçir? – Statistikabackend

Azərbaycanlılar hansı telefonu seçir? – Statistika

Media Təhlil Mərkəzinin (MTM) “Global Stats” Statistika Mərkəzinin açıqladığı rəsmi rəqəmlər əsasında hazırladığı təhlilə görə, 2020-ci ilin rəqəmlərində Azərbaycan əhalisinin mobil telefon seçimində “Samsung” markası üstünlük təşkil edirdisə, 2025-ci ildə mənzərə köklü şəkildə dəyişib.

Referans  xəbər verir ki, bu barədə Tehlil.az məlumat yayıb.

Daha dəqiq desək, 2020-ci ildə mobil telefon istifadəçilərinin 49,12%-i “Samsung”, 25,56%-i “Xiaomi”, 13,45%-i “Apple”, 11,87%-i isə digər markalara üstünlük verirdisə, cari ildə “Samsung”un bazar payı 26,39%-ə, “Xiaomi”nin satışı isə 19,95%-ə enib. 2025-ci ildə “Apple” istifadəçilərinin payı artaraq 18,81%-ə yüksəlib.

Ən diqqətçəkən dəyişiklik isə digər markalar kateqoriyasında baş verib, 2020-ci ildə 11,87% olan pay 2025-ci ildə 34,85%-ə çatıb.

2025-ci ilin məlumatına əsasən, “Honor” digər kateqoriyasında yer alan mobil telefonların 4,54%-ni, “Huawei” isə 1,08%-ni təşkil edib.

1(110)

2025-ci ildə mobil internet vasitəsilə ən çox istifadə olunan axtarış sistemi 5 il öncə olduğu kimi “Google” olub. Lakin 2020-ci ildə “Google” axtarış sisteminin payı 96,49% idisə, cari ilə bu göstərici 80,34%-ə enib. Azalmanın əsas səbəbi “Yandex” axtarış sisteminin son dövrlərdə populyarlıq qazanmasıdır.

2020-ci ildə ölkəmizdə mobil internet axtarışlarının yalnız 2,45%-i “Yandex” üzərindən həyata keçirilirdisə, 2025-ci ildə bu göstərici 18,19%-ə çatıb. Digər axtarış sistemlərindən istifadə isə ümumi istifadənin 1,47%-ni əhatə edib.

Məlumat üçün bildirək ki, “Google” 1998-ci ildə ABŞ-da yaradılmış dünyanın ən geniş istifadə olunan axtarış sistemidir. “Yandex” isə 1997-ci ildə Rusiyada təsis olunub və xüsusilə, Rusiya və postsovet ölkələrində daha məşhurdur.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki