“Azercell” 1 iyul tarixindən danışıq kartlarının istifadə müddəti və internet tarifləri ilə bağlı tətbiq etdiyi yeni dəyişikliklər geniş müzakirələrə səbəb olub. Xüsusilə, sosial şəbəkələrdə istifadəçilər dəyişiklər nəticəsində tariflərin qalxacağı və danışıq kartlarının nominalına uyğun istifadə müddətinin azalacağından şikayətlənərək, mobil operatorun boykot edilməsi yönündə çağırışlar edirlər.
“Azercell”dən məsələ ilə bağlı cavabda qeyd edildi ki, 19 iyun 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt nömrələrində danışıq kartlarının istifadəsi ilə bağlı yeni yanaşma tətbiq ediləcək:
“Bu dəyişiklik çərçivəsində, balansın mütəmadi şəkildə artırılması zərurəti aradan qaldırılır. Belə ki, balansda yetərli vəsait olduğu halda tarif paketinin aylıq abunə haqqı balansdan avtomatik çıxılacaq və nömrə 30 gün müddətində ikitərəfli, bu müddətdən sonra isə 90 gün ərzində birtərəfli (yəni müştəri ona gələn zəng və SMS-ləri qəbul edə bilir) olaraq açıq qalmağa davam edəcək.
Yeni yanaşmanın üstünlüyü ondan ibarətdir ki, tarifin istifadə müddəti ərzində abunəçi xəttini ikitərəfli açıq saxlamaqla yanaşı, tarifinin dəqiqə və internetindən tam yararlana biləcək. Məsələn, 2 AZN-lik istənilən tarif paketində abunəçiyə ödəniş müqabilində 25 dəqiqə şəbəkədaxili danışıq və 250 MB internet təqdim olunur. Müqayisə üçün qeyd edək ki, dəyişiklikdən öncə bu tariflərdən istifadə edən abunəçinin nömrəsinin 30 gün aktiv qalması üçün minimal 5 AZN, daha uzun müddət üçün isə 10 AZN (60 gün üçün) və 25 AZN (90 gün üçün) yükləməsi tələb olunurdu.
Mobil operator həmçinin bildirdi ki, 01 iyul 2025-ci il tarixindən etibarən bütün nominallara (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) dair yeni istifadə müddətləri müəyyənləşdirilib:
“Lakin əvvəlki qaydalarda da olduğu kimi kartın istifadə müddəti bitdikdən sonra belə, abunəçinin nömrəsi 90 gün ərzində birtərəfli olaraq açıq qalır”. Yəni müştəri gələn zəng və SMS-ləri qəbul edə bilir.
Bundan başqa, şirkət Fakturasız (SimSim) xətt nömrələrinə aid bəzi tariflərə yeni qoşulmaları dayandıracaq. Belə ki, abunəçilər üçün daha əlverişli olan alternativ tarif paketlərini (məs. “Supersən”) nəzərə alaraq, aktuallığını itirməkdə olan “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6”, “GəncOl həftəlik”, “GəncOl 6” və “GəncOl 9” tarif paketlərinə iyulun 1-dən yeni qoşulmalar mümkün olmayacaq.
“Onu da qeyd edək ki, dəyişiklik hazırda bu tariflərdən istifadə edən cari müştərilərə şamil olunmur. İyulun 1-nə kimi abunəçilər özləri bu paketlərdən imtina edib başqa tarifə keçid etməsələr, yuxarıda sözügedən tarif paketlərindən istifadəyə davam edə biləcəklər.
Nəticə olaraq bildiririk ki, müvafiq dəyişiklik Abunə Müqaviləsinin şərtlərinə və həmçinin Azərbaycanın qanunvericiliyinə uyğundur. Abunə Müqaviləsinin 2.7.-ci maddəsinə əsasən, Tariflər “Azercell” tərəfindən birtərəfli qaydada, Abunəçini ən azı 30 (otuz) təqvim günü əvvəl, müvafiq hallarda xidmətlərin xüsusiyyətləri, müəyyən müddətləri, bayram və əhəmiyyətli tarixləri, o cümlədən, müəyyən qrup və ya müxtəlif kateqoriya abunəçiləri əhatə edən kampaniya, aksiya və sair tədbirlər ilə əlaqədar isə ən azı 10 (on) təqvim günü əvvəl, abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman isə öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri ilə bu Müqavilədə müəyyən edilmiş qaydada, xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq, sərbəst şəkildə dəyişdirilə bilər”, – şirkət açıqlamasında əlavə etdi.
***
“Azercell” 1 iyul tarixindən danışıq kartlarının istifadə müddəti və internet tarifləri ilə bağlı tətbiq etdiyi yeni dəyişikliklər geniş müzakirələrə səbəb olub. Xüsusilə, sosial şəbəkələrdə istifadəçilər dəyişiklər nəticəsində tariflərin qalxacağı və danışıq kartlarının nominalına uyğun istifadə müddətinin azalacağından şikayətlənərək, mobil operatorun boykot edilməsi yönündə çağırışlar edirlər.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Teleqraf-a açıqlamasında bildirdi ki, əvvəllər insanlar sadəcə 1–2 manat balans yükləməklə nömrələrini daha çox açıq saxlaya bilirdilərsə, yeni qaydalarla bu artıq mümkün olmayacaq:
“Bu sistem azgəlirli ailələr, yaşlı istifadəçilər, yalnız əlaqə üçün nömrə saxlayan uşaqlı ailələr və kənd yerlərində yaşayanlar üçün müəyyən rahatlıq təmin edirdi.