Babək Quliyev yüksək vəzifəyə TƏYİN OLUNDU

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.

Referans Media AFFA-ya istinadən xəbər verir ki, O, UEFA Konfrans Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Sparta” (Çexiya) – “Aberdin” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma dekabrın 18-də Praqa şəhərində yerləşən “Letna” stadionunda baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki