Bakı bulvarında təhlükə: sudan çıxarıldı, sakinlər təşvişə düşdü

Dənizkənarı Milli Parkda hansı təhlükəsizlik tədbirləri görmək olar?

Referans.az xəbər verir ki, globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, məlum hadisə sahil zonalarında təhlükəsizliyin gücləndirilməsinin vacib edir:

“Bu istiqamətdə artıq bulvar boyunca möhkəmləndirilmiş məhəccərlər quraşdırılıb ki, bu da mühüm addımdır. Lakin yalnız məhəccərlərlə bütün risklərin aradan qaldırılması mümkün deyil. Beynəlxalq təcrübə göstərir ki, sahil parkları tam bağlanmır, yalnız fövqəladə hallar – güclü fırtına və ya təhlükəli hava şəraitində müvəqqəti məhdudiyyətlər tətbiq edilir. Əsas diqqət təhlükəsizlik infrastrukturunun və nəzarətin gücləndirilməsinə yönəldilir. Bu məqsədlə əlavə tədbirlərin görülməsi vacibdir. Məsələn, sahil boyu qəza zamanı sudan çıxışı təmin edəcək nərdivanların quraşdırılması, güclü işıqlandırma və kamera sistemlərinin tətbiqi, insanların daha çox toplaşdığı yerlərdə xilasetmə postlarının yaradılması və sair bu kimi mühüm addımların atılması zəruridir”.

“Bu istiqamətdə psixoloji dəstək xidmətləri, sosial proqramlar və maarifləndirici tədbirlər mühüm rol oynayır. Nəticə etibarilə, Bakıda artıq müəyyən texniki addımlar atılıb, buna baxmayaraq, riskləri minimuma endirmək üçün əlavə tədbirlər kompleksinə də ehtiyac var. Bulvarda xilasetmə xidmətinin təşkili üzrə konkret plan hazırlanmalıdır. Dəniz kənarı ərazilərin tam bağlanma variantı isə nə beynəlxalq təcrübəyə uyğundur, nə də Bakı üçün realdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki