image-aliyevpasinyanbackend

Bakı ilə İrəvan arasında gizli danışıq: Paşinyan Əliyevin bu iki tələbini yerinə yetirəcək

Ermənistan tezliklə Azərbaycanın tələblərinə yazılı şəkildə razılıq verəcək.

Referans xəbər verir ki, bu iddia ilə Ermənistanda “Demokratik alternativ” partiyasının lideri Suren Surenyants çıxış edib.

O iddia edir ki, Baklı və İrəvan arasında gizli danışıqlarla bağlı onda məlumatlar var.

“Əldə etdiyimiz məlumata görə, Paşinyan tezliklə İlham Əliyevin iki tələbi ilə bağlı yazılı şəkildə razılıq verəcək”, – erməni siyasətçi deyib.

İddia olunan iki tələb Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun de-yure buraxılması ilə bağlı olduğu deyilir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan 17 maddəlik sülh sazişi mətnini razılaşdırdıqdan sonra Prezident İlham Əliyev daha iki tələbi – Ermənistan konstitusiyasının dəyişdirilməsi və Minsk qrupunun ləğv edilməsi – irəli sürüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki