Bakı metrosunun fəaliyyəti bərpa olunub.
Referans Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
“Xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib. Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik”, – deyə qeyd edilib.























