Bakı üçün verilən anons Kiyevdə təkrarlandı: Kremldən ermənilərə xüsusi tapşırıq, bu həftə…backend

Bakı üçün verilən anons Kiyevdə təkrarlandı: Kremldən ermənilərə xüsusi tapşırıq, bu həftə…

  Xəbər verdiyimiz kimi, avqustun 4-də Azərbaycan və Ermənistan liderlərinin cümə günü ABŞ-da bir araya gələcəyi və burada sülh sazişinin imzalanacağına dair məlumatlar yayıldı.

Digər tərəfdən, eyni gündə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bu həftə Rusiya ilə müharibənin sona çatması üçün real şansın yarana biləcəyini açıqladı. ABŞ-ın yaxından izlədiyi iki regionda münaqişə tərəfləri ilə bağlı eyni məzmunlu məlumatların yayılması diqqət çəkir.

Ağ Evin hər iki münaqişəni eyni həftədə həll etməsi nə dərəcədə mümkündür? Rusiya və Ukrayna arasında müsbət irəliləyiş ola bilərmi?

Referans xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında vasitəçilik rolunu üzərinə götürməklə regionun hamisi kimi çıxış etməyə çalışır:

 “Cümə günü baş tutması planlaşdırılan görüşdə tərəflər arasında yekun sülh müqaviləsi imzalanmayacaq. Lakin münasibətlərdə müsbət irəliləyişlər əldə edilə bilər. Yekun sülh sazişinin imzalanması üçün hər iki ölkənin cəmiyyətləri hazır olmalıdır. Azərbaycandan fərqli olaraq, Ermənistan cəmiyyətinin buna hazır olduğunu düşünmürəm. Ermənistanda Rusiya yönümlü güclü müxalifət formalaşıb. Onlar Kremldən gələn göstərişlərlə Bakı və İrəvan arasında imzalanacaq sülh sazişinə mane olmağa çalışırlar. Eyni zamanda, Azərbaycanın Ermənistan qarşısında qoyduğu haqlı öhdəliklər də yerinə yetirilməyib”.

Politoloqun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin bu həftənin sonuna kimi başa çatması mümkün deyil:

“Andrey Yermakın belə optimist fikirlər səsləndirməsi ictimai rəyə təsir göstərmək məqsədi daşıyır. Mən Azərbaycan-Ermənistan və Rusiya-Ukrayna gərginlikləri arasında müəyyən əlaqələrin olduğunu düşünürəm. Hər iki məsələdə Rusiya və ABŞ faktorları, həmçinin onların arasındakı açıq mübarizə aydın görünür. Rəsmi Vaşinqton münaqişə tərəflərini sülhə razı salmaqla regionda söz sahibi olduğunu təsdiqləmək istəyir. Moskva isə hər addımda bunun qarşısını almağa çalışır”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki