“Ermənistan, Azərbaycan və Türkiyə arasında yeni marşrutların açılmasından sonra Gürcüstan tranzit yüklərinin təxminən 20 faizini itirə bilər”.
Referans.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd edilib ki, nəqliyyat əlaqələri açıldığı təqdirdə, bölgədə ilk olaraq avtomobil yolları fəaliyyətə başlayacaq:
“Ermənistan dəmir yolunun vəziyyəti qeyri-müəyyən olduğu üçün dəmir yolu əlaqəsinin bərpası təxminən 5–6 il çəkəcək”.























