Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üçün razılaşmanın əldə olunmasına hələ də ümid var.
Referans xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus Dövlət katibi Marko Rubionun Bakı və İrəvan arasında tezliklə sülh sazişinin imzalanacağına dair açıqlamasına münasibət bildirib.
Bryus qeyd edib ki, dövlət katibi üçün bu bəyanatı vermək önəmli idi:
“Biz ABŞ-nin vasitəçiliyi ilə əldə olunan bir sıra razılaşmalar, atəşkəslər və dəyişikliklərə görə məmnunuq. Dövlət katibinin bu açıqlamanı verməsi üçün əsaslı səbəbləri var idi. Proseslə bağlı əlavə məlumat olduqda, onları sizinlə paylaşacağıq”.
Bundan əvvəl Marko Rubio bildirmişdi ki, ABŞ yaxın zamanda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağını gözləyir.
Daha ətraflı videoda: