image-ppxxxxxxxxxxxxxxxxxxxxbackend

Bakıda 26 yaşlı qız həbs olundu

Paytaxtın Yasamal rayonu Nəriman Nərimanov prospektində ictimai asayişi pozan 26 yaşlı qız inzibati məsuliyyətə cəlb edilib.

 

Referans-ın məlumata görə, paytaxt sakini F.Adıyev polisə müraciət edərək, 1999-cu il təvəllüdlü V.Nəcəfovanın (şərti soyadlı) “Dark Diamond” restoranının qarşısında onu yüksək səslə söydüyünü və əməllərinə davam etdiyini bildirib.

 

Hadisə yerinə yaxınlaşan polis əməkdaşı insidentin davam etdiyini görüb və tərəfləri sakitləşdirməyə çalışıb.

 

Lakin F.Adıyev sakitləşsə də, həmin şəxs əməllərinə davam edib. Heç cür sakitləşməyən xanımı saxlamaq üçün isə əraziyə əlavə polis naryadı dəvət edilib. Müqavimət göstərən və maşını təpikləyən qız saxlanılaraq 26-cı Polis Şöbəsinə aparılıb və barəsində inzibati protokol tərtib edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki