Bakıda ağır avtoqəza: yaralananlar var – FOTO/VİDEO  backend

Bakıda ağır avtoqəza: yaralananlar var – FOTO/VİDEO  

  Paytaxtın Xətai rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Referans” xəbər verir ki, Globalinfo.az-ın məlumatına görə, NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsində (Xəzər TV-nin yaxınlığında) qeydə alınan qəzaya “Mitsubishi Pickup” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması səbəb olub.

Hadisə nəticəsində hər iki maşındakı sərnişinlər xəsarət alıb. “Mercedes” markalı avtomobilin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları və təcili yardım cəlb edilib.

20250614 235420 scaled

IMG 20250614 WA0131 scaled

IMG 20250615 WA0004 IMG 20250615 WA0006



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki