image-qezabackend

Bakıda avtomobil iki qadını vurdu

Bakıda iki qadını vuran avtomobil və sürücü məlum olub.

 

Referans Media xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin baş inspektoru Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə bu gün saat 13:15-də paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində baş verib.

 

Cosqun Məhəmməd oğlu Cəmilov idarə etdiyi 90-UR-714 dövlət nömrə nişanlı “Toyota-Prius” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolu keçən iki piyadanı vurub. Hadisə nəticəsində xəsarət alan piyadalar – 1988-ci il təvəllüdlü Sayad Akif qızı Xalıqova və 1977-ci il təvəllüdlü Mehparə Akif qızı İbrahimova xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki