Bakıda bağ evlərinin kirayə bazarında qiymətlər kifayət qədər fərqlənir.
Referans Media Milli.az-a isdinadən xəbər verir ki, yay mövsümünə hələ vaxt olsa da, bağ evlərinə maraq artıq hiss olunur. Bir çox vətəndaş evləri əvvəlcədən bron edir və həm gündəlik, həm də aylıq kirayə variantlarına üstünlük verir. Qiymətlərin yüksək olmasına baxmayaraq, bazarda aktivlik qalmaqdadır.
Məsələ ilə bağlı rieltor Hacıbala Quliyev bildirib ki, evlərin aylıq ödənişləri 1000 manatdan başlayaraq 40 min manata qədər yüksəlir:
“Daha çox tələb 1 000-1 500 manat aralığında olan evlərə yönəlir. Ancaq bu qiymət kateqoriyasında təklif az olduğu üçün seçim imkanları məhduddur. Kirayəçilər seçim zamanı əsasən evin təmir səviyyəsinə və otaq sayına diqqət edirlər”.
Rieltor qeyd edib ki, yay mövsümü yaxınlaşdıqca bağ evlərinə maraq daha da artacaq və bu da qiymətlərin yüksəlməsinə təsir göstərə bilər.






















