Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanır

  Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılır.

Bu barədə Referans.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

 Qeyd olunub ki, məhdudiyyət aparılacaq təmir işləri ilə əlaqədardır. Buna görə 25 oktyabr saat 00:00-dan etibarən yol tam bağlanacaq.

AAYDA-dan bildirilib ki, sürücülər təmir müddətində alternativ olaraq Müzəffər Nərimanov küçəsindən istifadə edə bilərlər.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki