Bakıda faciə: usta iş yerində ölü tapıldı

  Bakıda avtomobil təmiri sexində meyit tapılıb. 

Referans.az  lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Qobustan qəsəbəsi, Salyan şosesi küçəsində yerləşən avtomobil təmiri sexində qeydə alınıb.

 Orada usta işləyən, 1999-cu il təvəllüdlü İsmayılov Mehrac Mehman oğlunun meyiti sexdə aşkar edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki