Bakıda italyan villasından baha evlər satılır – İlginc backend

Bakıda italyan villasından baha evlər satılır – İlginc 

Müğənni və aparıcı Murad Arifin son paylaşımı diqqət çəkib. O bildirib ki, pəncərəsi Komo gölünə baxan İtaliya villası, yaxud Parisdəki mənzil bəzən Bakıdakı evlərdən ucuz başa gəlir. Söhbət Novxanı, Pirşağı, Bilgəh kimi ərazilərdən gedir. Bu fikirlər müzakirələr səbəb olub. Əksəriyyət müğənniyə haqq qazandırıb.

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, əmlak qiymətləri ilə bağlı müəyyən istisnaları nəzərə almaq lazımdır:

“Ola bilər ki, Murad Arifin istinad etdiyi ərazidəki hansısa villa Bakı ilə müqayisədə ucuz görünsün. Amma həmin obyektin yerləşməsi, torpaq sahəsinin ölçüsü və digər xüsusiyyətləri nəzərə alsaq, görərik ki, qiymətin baha olmasının obyektiv səbəbləri var. Bəzi unikal ərazilərdə yerləşən villaların qiymətləri digərləri ilə müqayisə edilmir. Bundan əlavə, azərbaycanlıların daşınmaz əmlaka yanaşma tərzi fərqlidir”.

Ekspert azərbaycanlılar üçün “bahalı villa” anlayışını belə izah edib:

“Adətən 50 sotdan bir neçə hektara qədər ərazidə yerləşən, müxtəlif ölkələrdən gətirilmiş çoxillik ağaclarla bəzədilən, geniş infrastrukturla təmin olunan, istirahət və idman sahələrinə sahib obyektlər nəzərdə tutulur. Amma orta statistik italyan və ya fransızın baxış bucağı başqadır. Məsələn, düşünmürəm ki, hansısa italyan və ya xüsusilə fransız bir hektarlıq ərazidə ildə cəmi 15 gün dincəlmək üçün villa inşa etdirsin. Onlar üçün bu, real yanaşma deyil. Bu kontekstdə Azərbaycanda bəzi villaların qiymətlərinin fantastik həddə çatmasını anlamaq mümkündür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki