image-1776520576_basbackend

Bakıda küçələr xüsusi maddələrlə yuyulub – FOTO

Səhər saatlarından etibarən Bakı şəhərinin və qəsəbələrin 556 küçəsi eləcə də məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.

Referans Media Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 18-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən daxili iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki