Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - Foto/Yeniləndi

233 nömrəli tam orta məktəbdə şagirdlər arasındakı münaqişə ilə əlaqədar araşdırma aparılacaq.

Referans Media xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib.

"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə səmərəli tədris mühitinin qorunması, təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması əsas prioritetlərdəndir. Məktəbdaxili nizam-intizam qaydalarına əməl olunması diqqət mərkəzində saxlanılır", - deyə qeyd edilib.

***

Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb.

 
Referans Media Teleqraf-a istinadla xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.

Tənəffüs vaxtı 5 "q" sinifinin şagirdi İxtiyar Namazov ( ad-soyad şərtidir - red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib.

Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.

Nəticədə Y.Əlizadə əlindən bıçaq xəsarəti alıb.




 
 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki