Bakıda məşhur masaj salonlarının sahibinə hədə-qorxu gəldi, həbs edildi

Bakının mərkəzində fəaliyyət göstərən “Red Light” və “Gold” masaj salonlarını işlədən Gülnarə İsayevadan hədə-qorxu ilə 30 000 manat tələb olunub.

Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi açılıb.

Referans Media xəbər verir ki, G.İsayevaya rüsvayedici məlumatlar yayma hədəsi gələn şəxsin 2002-ci il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı S.M (şərti) olduğu müəyyənləşib. O, özünü vəzifəli şəxs kimi təqdim edərək

30 000 AZN qarşılığında himayədarlıq da təklif edib.

Gülnarə İsayevanın hüquq-mühafizə orqanlarına müraciətindən sonra 24 yaşlı şəxs saxlanılıb. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin təqsirləndirilən şəxsə 2 il sınaq müddəti müəyyən edilməklə onun cəzası şərti hesab olunub./Xitab24/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki