Ağstafada bir ailənin üç üzvü zəhərləndi

Ağstafada zəhərlənmə hadisəsi baş verib.

Referans Media-nın APA-ya istinadən məlumatına görə, rayon sakinləri olan bir ailənin 3 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

İlkin məlumata görə, onlar yemək yedikdən sonra özlərini pis hiss ediblər.

Faktla bağlı araşdırma aparılır.

***

Noyabrın 6-da saat 13:10-də 3 nəfər (1 qadın, 2 kişi) zəhərlənmə şübhəsilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

    "Onlara zəruri tibbi xidmətlər göstərilib. Müalicələri tibb müəssisəsində davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti stabil qiymətləndirilir", - məlumatda bildirilir.

    Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
    Xəbərlərimizi Google-da daha asan izləyin!

    • whatsapp
    • messenger
    • telegram
    • vkontakte
    • odnoklassniki