image-1543948backend

Bakıda şadlıq sarayında toy zamanı yanğın oldu

Xəbər verdiyimiz kimi, Bakıda Şadlıq sarayında yanğın baş verib.

Referans Media xəbər verir ki, hadisə ilə bağlı sarayın inzibatçısı “Xəzər Xəbər”ə danışıb. O bildirib ki, yanğına səbəb dekor qurğuları olub

Şadlıq sarayının inzibatçısı deyir ki hadisə zamanı xəsarət alan, tüstüdən zəhərlənən olmayıb.

Onun sözlərinə görə, qığılcım şadlıq sarayındakı işıqlandırma və tüstüvurma üçün istifadə edilən dekorasiya sistemində başlayıb.

Sonradan açıq alovla müşayiət olunan yanğın zamanı dekorasiya üçün istifadə edilən tüstü qutuları da açılıb və zalı tüstü bürüyüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki