Bakıda saxlanılan Rusiya vətəndaşları ilə bağlı qərarbackend

Bakıda saxlanılan Rusiya vətəndaşları ilə bağlı qərar

  Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

Referans Teleqraf-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovanın hakimliyi ilə keçirilən prosesdə bir nəfərin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, saxlanılan şəxslər bir-bir məhkəməyə çıxarılır. Daha 6 nəfərin məhkəməsi davam edəcək.

İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfərin hamısı Rusiya vətəndaşlarıdır.

***

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət cinayətkar dəstənin 8 üzvü məhkəməyə gətirilib.

 
Bir azdan Səbail Rayon Məhkəməsində onlar barədə təqdimata baxılacaq.

Qeyd edək ki, İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən bu şəxslər Rusiya vətəndaşlarıdır.

***

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət cinayətkar dəstənin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat məhkəməyə daxil olub.

Referans Teleqraf-a istinadən xəbər verir ki, təqdimata Səbail Rayon Məhkəməsində baxılacaq.

Təqsirləndirilən şəxslərin hər biri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə yaxın saatlarda qərar açıqlayacaq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki