image-torpaq-sahesibackend

Bakıda torpaq ən çox bu rayonlarda bahalaşıb

Bakının bütün rayonlarında ötən il torpaq sahəsinin qiymətlərində artım qeydə alınıb.

Milli.Az-ın məlumatına görə, “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinindən Yurd.Media-ya bildirilib ki, ən böyük artım Səbail və Yasamal rayonlarında qeydə alınıb – 37 faizə yaxın. Nəsimi və Nizami rayonlarında torpaq qiyməti bir il əvvələ nisbətən ¼ dəfə, Nərimanov rayonunda isə 1/5 dəfə qalxıb. Ən  zəif bahalaşma Qaradağ rayonunda olub – 7 faizdən biraz çox.

Hazırda Bakıda ən bahalı torpaq sahəsi Səbail rayonundadır – sotu təxminən 442 min manat, ən ucuz torpaq sahəsini isə Pirallahı rayonunda almaq olar – sotu 10 min manata.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki